“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenterosun yeni klubu bəlli olub.
Newsport.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını ABŞ-ın “Portlend Timbers” klubunda davam etdirəcək. Yeni klubunda icarə əsasında çıxış edəcək isveçli oyunçu, müqavilə ilə İtaliyanın “Benevento” klubuna məxsusdur.
Qeyd edək ki, Armenteros 2015/16 mövsümündə “Qarabağ”da çıxış edib.
