“Liverpul”un futbolçusu Rahim Sterlinq mükafatlandırılıb.
Newsport.az-ın xəbərinə görə, 20 yaşlı hücumçu İtaliyada "Tuttosport”un verdiyi “Golden boy” mükafatına layiq görülüb. Sterlinq 2004-cü ildə Ueyn Runidən sonra bu mükafatı alan ilk ingilis futbolçu olub. Klubun rəsmi saytına danışan gənc ulduz belə bir mükafatı almağın onun üçün fəxr olduğunu deyib: “Belə bir mükafata laiq görülmək mənim və təbii ki, ailəm üçün fəxrdi”. Qeyd edək ki, bu mükafata “Qalatasaray”lı Bruma və “Bayer”də çıxış edən Hakan Çalhanoğlu da nümizəd idi.