Avropada 2014-cü ilin ən yaxşı gənc futbolçusu bəlli olub.
Newsport.az-ın məlumatına görə, 2003-cü ildən İtaliya qəzeti "Tuttosport"un təsis etdiyi mükafata bu dəfə "Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinq sahib çıxıb.
Ümumilikdə 40 futbolçunun mübarizə apardığı mükafat uğrunda səsvermədə Sterlinq hər kəsi qabaqlayıb. 20 yaşlı futbolçu mükafatla bağlı bunları deyib:
"İlin ən yaxşı gənc futbolçusu seçildiyimi öyrəndikdə, dərhal anama zəng etdim. Hər şeyə görə ona borcluyam. Anam həyatımda ən önəmli şəxsdir. O mənə görə çox şeyi qurban verib".
Qeyd edək ki, ilin ən yaxşı gənc futbolçusu mükafatını müxtəlif illərdə Lionel Messi, Ueyn Runi, Serxio Aquero kimi oyunçular da qazanıb. Ötən il isə bu mükafata "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba yiyələnib.