"Yuventus" ciddi itki qarşısında

İtaliyanın "Yuventus" klubunda ciddi itki yaşanıb.

Newsport.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki,  Paulo Dibala və Kladio Markizio əzələ problemi yaşadıqları üçün,  30-40 gün yaşıl meydanlardan kənarda qalacaqlar.  Bu isə o deməkdir ki, Dibala və Markizio İtaliya çempionatının və Çempionlar Liqasının bir neçə matçını buraxacaq.

Qeyd edək ki, Markizio bu mövsüm 7 görüşdə oynayıb. P.Dibala isə 19 oyunda 14 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right