“Benevento”nun kapitanı dopinqdə ilişdi 1 illik cəza

İtaliyanın “Benevento” klubunun kapitanı Fabio Luçoni bir il müddətinə futbol yarışlarından kənarlaşdırılıb.

Newsport.az-ın məlumatına görə, buna ondan götürülən dopinq testin müsbət nəticə verməsi səbəb olub. “Football İtalia”nın yaydığı xəbərə görə, futbolçudan A Seriyasının 3-cü turu çərçivəsində “Torino” ilə oyundan (0:1) sonra götürülən test futbolçu üçün yaxşı nəticələnməyib. Komandanın həkimi Valter Corcone səhvən ona qadağan olunmuş həblər verib. Bu isə futbolçunun bir il müddətinə diskvalifikasiya olunmasına gətirib çıxarıb.

Qeyd edək ki, A Seriyasının aşkar autsayderinin həkimi də sərt cəzalandırılıb. Ona 4 illik cəza verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right