Braziliyalı sabiq futbolçu Ronaldo həmyerlisi Neymar haqda danışıb.
Newsport.az xəbər verir ki, futbolun əfsanələrindən sayılan Ronaldo İspaniyanın "Marca" nəşrinə verdiyi müsahibəsində bildirib ki, “Neymar çox güclü və texnikalı futbolçudur. Lakin “Barselona”dan PSJ-yə keçməklə çox böyük səhv etmiş oldu. Düzdü, insan gənc olduğu zaman bəzi qərarlar verir, ancaq bunun nəticəsini daha sonra hiss edirsən. Vaxtilə mən də Kataloniya klubunda top qovmuşam və daha sonra Milan “İnter”inə keçdim. Lakin o vaxt A seriyasında daha böyük rəqabət var idi”.
Qeyd edək ki, Neymar mövsümün əvvəlində 222 milyo avro qarşılığında “Barselona”dan PSJ-yə transfer olub.