“Arsenal” rəhbərliyi baş məşqçi Arsen Vengerlə yolları ayırmağı düşünür.
Newsport.az xəbər verir ki, bu iddia ilə İngiltərə mətbuatı çıxış edib. Məlumatda bildirilir ki, 1996-cı ildən "topçular"ın sükanı arxasında olan mütəxəssisin işindən narazı oan klub rəhbərliyi, 68 yaşlı çalışdırıcı ilə yolları ayırmaq qərarına gəlib. Belə ki, artıq rəhbərliyin yeni baş məşqçi ilə də razılığa gəldiyi deyilir. "Arsenal"ın Karlo Ançelotti ilə razılıq əldə etdiyi və İtalyan mütəxəssisin yayda “Arsenal”ın “sükanı arxasına” keçəcəyi gözlənilir.
Qeyd edək ki, Ançelotti İtaliya yığmasının baş məşqçi postuna da əsas namizədlərdən biri kimi göstərilir.