Son zamanlar adı bir çox klubla hallanan Paulo Dyabala haqda “Yuventus” klubunun prezidenti Giuseppe Marotta açıqlama verib.
Newsport.az xəbər verir ki, İtaliyanın məşhur saytlarından olan “Mediaset Premium'a” verdiyi müsahibəsində 60 yaşlı mütəxəssis ilk öncə qış transferləri haqda danışıb. “Qış transfer pəncərəsi, klubların zəif cəhətlərini aradan qaldırmaq üçün bir fürsətdir. Lakin bizim heç bir mövqeydə sıxıntımız yoxdur”.
O, bunun ardından klubun ulduz futbolçusu və son zamanlar komandadan ayrılacağı deyilən Paulo Dyabala haqda danışaraq, bildirib ki, “Dyabala üçün hər hansı bir qiymət açıqlamamışıq. Buna görə də qabaqcadan danışmaq çətindir. Ancaq deyə bilərəm ki, biz Paulonu transferə çıxarmamışıq və elə bir niyyətimiz də yoxdur”.
Qeyd edək ki, ötən ay futbolçunun “Mançhester Yunayted”ə keçəcəyi haqda xəbərlər dolaşırdı.