"Barselona" nəhayət ki, istəyinə çatdı RƏSMİ

Uzun müddətdir ki, adı "Barselona" ilə hallanan "Liverpul"un futbolçusu Felipe Koutinyonun transfer söz-söhbətlərinə nöqtə qoyulub.

Newsport.az xəbər verir ki, Kataloniya klubu Braziliya millisinin üzvünü transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu keçid üçün "Barselona" "qırmızılar"a 160 milyon avro ödəyib. Futbolçunun sərbəst qalma qiyməti 400 milyon avrodur. Müqavilə isə 5,5 illik nəzərdə tutulub.Koutinyo Neymar və Kilian Mbappedən sonra dünyanın 3-cü ən bahalı transferi olub.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "İnter"dən 8,5 milyon funt-sterliq qarşılığında "Liverpul"a transfer olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right