Raca Nainqqolan Çinə gedir?

"Roma"nın yarımmüdafiəçisi Raca Nainqqolan Çindən təklif alıb.

 

Newsport.az xəbər verir ki, Belçika millisinin üzvü Çinin "Quanqjao Everqrand" klubunun transfer hədəfindədir. İtaliya millisinin sabiq kapitanı Fabio Kannavaronun çalışdırdığı komanda bu keçidi reallaşdırmaq üçün "Roma"ya 40 milyon avroluq təklif göndərib.

 

İtaliya mətbuatının məlumatına görə "canavarlar" 29 yaşlı futbolçunu buraxmaq niyyətində deyil.

 

Qeyd edək ki, belçikalı yarımmüdafiəçi 2014-cü ildə "Kalyari"dən "Roma"ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right