“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Çelsi”nin çalışdırıcısı Antonio Konteyə cavab verib.
Newsport.az xəbər verir ki, son zamanlar İngiltərə mətbuatında ən aktual məsələ, bu iki mütəxəssis arasında yaşanan qalmaqaldır. Belə ki, yaxın günlərdə Portuqal mütəxəssis Joze Mouriniyo Konteyə olduqca sərt cavab verib. O,italiyalı çalışdırıcını oyun alverində ittiham edib: “Bu məsələyə son qoymaq üçün deyəcəyim bir söz var. Bəli, mən keçmişdə oyun zamanı bəzi səhvlər etmişəm. İndi isə çalışıram ki, az səhv edim. Səhvsiz insan olmadığını nəzərə alsaq, onu deyə bilərəm ki, mənimlə bir şey heç vaxt baş verməyib və bundan sonra da baş verməyəcək. Mən oyun alverinə görə cəzalanmamışam”.
Nəzərinizə çatdıraq ki, Mourinyo bir müddət əvvəl jurnalistin, oyun zamanı özünü sakit aparması ilə bağlı verdiyi sualı belə cavablandırmışdı: “Oyun zamanı özümü kloun kimi aparmıramsa, bu o deməkdi ki, hissimi itirmişəm?” Bu fikirə cavab olaraq isə Konte “Lazımdı ki, Mourinyo keçmişinə baxsın. Ola bilsin ki, elə özünü nəzərdə tutub” deyə cavab vermişdi.
Qeyd edək ki, Antonio “Yuventus”da çalışdığı zaman, 2012/2013 mövsümündə danışılmış oyunlarda ittiham olunaraq, 4 ay müddətinə cəzalandırılmışdı.