"Şalke" heyətini yeni futbolçu ilə gücləndirib

“Yuventus”un yarımmüdafiəçisi Marko Pyaça mövsümün ikinci yarısını Almaniyada keçirəcək.

Newsport.az xəbər verir ki, xorvatiyalı futbolçu “Şalke” ilə anlaşıb. Belə ki, “qoca sinyora” əsas heyətə düşməkdə çətinlik çəkən 22 yaşlı oyunçunu Bundesliqa təmsilçisinə 6 aylıq icarəyə verib.

Qeyd edək ki, Marko Pyaça 2016-cı ildən "Yuventus"un şərəfini qoruyur.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right