"Mən sehrbaz deyiləm" - Qattuzo

“Milan”ın baş məşqçisi Cennaro Qattuzo İtaliya Kubokunun 1/4 finalında “İnter” üzərində qələbəsini şərh edərkən bildirib ki, komandada əvvəllər olan problemlər hələ də qalmaqdadı.

Newsport.az-ın məlumatına görə, Vinçentso Montellanın istefasından sonra bir neçə həftə öncə baş məşqçi postuna gətirilən gənc mütəxəssis bunları söyləyib:

“Mən sehrbaz deyiləm. Komanda bu tempdə davam etməlidi. Addım-addım irəliləməliyik. Mövsümün ilk yarısını mümkün qədər yaxşı yerdə başa vurmaq istəyirik. Komandada olan problemlərdən hər kəs xəbərdardı. Hansı ki, o problemlər var idi, yenə də qalmaqdadı. Qarşıda “Fiorentina” ilə oyun olsa da, futbolçularda yorğunluq var”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right