Millimizin üzvləri qarşı-qarşıya

Milli komandamızın futbolçuları Renat Dadaşovla Dmitri Nazarovun çıxış etdikləri Almaniya klubları yoxlama matçında güclərini sınayacaqlar.

 

Newsport.az xəbər verir ki, Frankfurt “Ayntraxt”ı ilə Nazarovun “Aue”si İspaniya toplanışı çərçivəsində qarşılaşacaqlar. Lakin Bundesliqada mübarizən aparan “Ayntraxt”ın baş məşqçisi Niko Kovaç 36 nəfərlik heyətə Dadaşovu daxil etməyib. Buna səbəb 18 yaşlı hücumçunun əsasən gənclərdən ibarət komandada olmasıdır. Nazarov isə II Bundesliqada çıxış edən “Aue”nin heyətində yer alacaq.

 

Qeyd edək ki, matç 2018-ci il yanvarın 6-da Kampoamor şəhərində baş tutacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right