"Bavariya" qış fasiləsi zamanı heyətini daha bir futbolçu ilə gücləndirməyi düşünür.
Newsport.az xəbər verir ki, Münhen təmsilçisi "Atletiko"nun yarımmüdafiəçisi Yannik Karraskonun da keçidini bitirməyə çox yaxındı. "AS" nəşrinin yazdığına görə Madird təmsilçisinin baş məşqçisi Dieqo Simeoni də 24 yaşlı futbolçunun transferinə razıdır.
Qeyd edək ki, "Atletiko" ilə 2022-ci ilədək müqaviləsi olan Belçika millisininin üzvü ilə İngiltərə klubları da maraqlanır.