Millidən imtina etmiş futbolçu icarəyə verilib

Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Ozancan Kökcü Türkiyənin “Bursaspor” klubu ilə yollarını ayırıb.

 

Newsport.az xəbər verir ki, Bursa təmsilçisi Ozanın Hollandiyanın ikinci liqa təmsilçisi “Valveyk”ə icarəyə verildiyini açıqlayıb. O, mövsümün sonunadək Hollandiyada çıxış edəcək. Nəzərinizə çatdıraq ki, Ozan “Bursaspor”a Hollandiyanın “Feyenoord” klubundan transfer olunmuşdu. Əlavə edək ki, “Bursaspor”da Azərbaycanın əsas yığmasının hücumçusu Dəniz Yılmaz da çıxış edir. Onun da komandadan ayrılacağı gündəmdədir.

 

Qeyd edək ki, Ozancan Kökcü Azərbaycan yığmasında oynamaqdan imtina edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right