Almanlar Nazarovu qiymətləndiriblər

Almaniya mətbuatı millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue”nin futbolçularının II Bundesliqanın ilk dövrəsindəki çıxışını qiymətləndirib.

 

Newsport.az xəbər verir ki, "TAG24" portalı fasiləyə qədər bütün oyunların ən azı 60 dəqiqəsini meydanda keçirən futbolçuları fərqləndirib. Millimizin üzvü Dmitri Nazarovun da adı siyahıda yer alıb. Ancaq onun çıxışı çox aşağı – 3,4 balla qiymətləndirilib. Buna isə yarımmüdafiəçinin “Regensburq”la oyunda qırmızı vərəqə alıb, qarşıdakı 3 görüşü buraxması səbəb olub.


Qeyd edək ki, Nazarov birinci dövrədə Aue təmsilçisinin heyətində 15 oyun keçirib. Təcrübəli futbolçu 1280 dəqiqə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right