"Zenit"in baş məşqçisi Roberto Mançini "Milan"ı çalışdıra bilər.
Newsport.az-ın məlumatına görə, italyan mütəxəssis "rossonyerlər"in sükanı arxasına keçməyə hazır olduğunu bildirib. Rus klubunda ilinə 8 milyon avro qazanan Mançini bu məbləğdən imtina etməyə razıdır.
Əgər "Milan"ın yeni baş məşqçisi Cennaro Qattuzo ölkə kubokunun "İnter" və A Seriyasının növbəti turunun "Fiorentina" ilə oyunlarında yaxşı nəticə qazana bilməsə, çox güman ki, istefaya göndəriləcək. Onun mümkün gedişindən sonra isə bu vəzifəyə əsas namizədlərdən biri məhz Mançini hesab olunur.
Qeyd edək ki, Qattuzo bir müddət öncə "Milan"dan göndərilən Vinçenzo Montellanı əvəzləyib.