İtaliya mətbuatı: "Roma" "Qarabağ"ın sayəsində qrupda çıxdı

"Roma"nın qrupdan çıxmasına "Qarabağ"ın səbəb olduğu söylənilir.

Newsport.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə elədiyi heç-heçələr sayəsində "Roma"nın qrupdan çıxması İtaliya mətbuatında qeyd olunub. Adıçəkilən ölkənin idman saytlarında birində çıxan məqalədə Ağdam klubunun "Atletiko"dan hər iki oyunda xal alması sayəsində "Roma"nın 1/8 finala çıxması vurğulanıb.

ÇL-də "Roma"ya evdə 1:2, səfərdə isə 0:1 hesabı ilə uduzan təmsilçimiz "Atletiko" ilə hər iki oyunda (0:0, 1:1) heç-heçə etmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right