Bu gün İtaliya kubokunun 1/4 final mərhələsində Milan derbisi yaşanacaq.
Newsport.az xəbər verir ki, eyni şəhərin iki əzəli rəqibləri "Milan" və "İnter" münasibətlərə aydınlıq gətirəcəklər. İtaliya mətbuatında çıxan yazılara görə derbi öncəsi “rossonyerlər” ciddi itki ilə üzləşib. Belə ki, “Milan”ın əsas qapıçısı Canluici Donnarumma bu gün baş tutacaq Milan derbisini buraxa bilər. Məşqdə zədələnən qolkiperin oyunu buraxma ehtimalı var..
Qeyd edək ki, “İnter” - “Milan” görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.