"İnter" əzəli rəqiblə oyuna itki ilə çıxacaq

“İnter” itkiylə üzləşib.

Newsport.az xəbər verir ki, “neradzurra” İtaliya kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutacaq “Milan”la oyunda iki əsas futbolçusunun xidmətindən istifadə edə bilmyəcək. A seriyasının 18-ci turunda “Sassuolo” ilə səfər oyununda (0:1) zədələnən Danilo D Ambrozio və Joao Miranda Milan derbisində meydana çıxa bilməyəcək. Bu barədə məlumatı “İnter”in mətbuat xidməti yayıb.

Qeyd edək ki, “İnter” - “Milan” oyunu dekabrın 27-də keçiriləcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right