Van Qaal özünü günahkar hesab edir

"Birinci hissədə çox həyəcanlı idik, səhv qərarlar verdik. İkinci hissədə isə komanda oyunu nümayiş etdirmədik. Məğlub olmağımızın səbəbkarı özüməm. Rəqibdən daha çox qol epizodları yaratsaq da, fərqlənə bilmədik.  Müdafiədə pis oynadığımız üçün uduzduq. Mənəm günahkar  ".

Newsport.az-ın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri öz evində "Suonsi"yə sensasiyonal şəkildə məğlub olan "Mançester Yunayted"in baş məşqçisi Luis van Qaal deyib.

Təcrübəli mütəxəssis bildirib ki, heyətə yeni müdafiəçilər cəlb olunmalıdır:

"Ancaq transfer etmək üçün tələsməyəcəyik".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right