İtaliyanın "İnter" klubunun futbolçusu Joau Mario qış transfer pəncərəsində komandasını tərk edəcək.
Newsport.az xəbər verir ki, bu barədə futbolçu özü rəhbərliyə bildirib."Rai Sport" nəşri yazır ki, Mario ilə 3 ingilis klubu yaxından maraqlanır. Portuqaliyalı futbolçunun xidmətində "Mançester Yunayted", "Çelsi" və "Arsenal" komandaları maraqlıdır.
Qeyd edək ki, Futbolçu özü də məhz Premyer Liqada oynamaq istəyir