İtaliya A seriyasında 18-ci turun oyunları başa çatıb.
Newsport.az xəbər verir ki, son oyun günü "Yuventus" doğma divarlar önündə "Roma"nı qəbul edib. Görüş "qoca sinyora"nın 1:0-lıq qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turnir cədvəlinə 45 xalla "Napoli" başçılıq edir. "Yuventus" 44 xalla 2-cidir.
"Yuventus" - "Roma" - 1:0
Qol: Benatia, 18