Millinin üzvü: "Qadınlar mənim şan-şöhrətimdən istifadə etmək istəyirlər"

"Yuventus"un hücumçusu Paulo Dibala maqazin verilişlərindən birinin qonağı olub  Argentinalı oyunçu şəxsi həyatında danışıb.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı futbolçu qadınların onu daha çox pula və şan-şöhrətinə görə istədiklərini bildirib:

"Qızlar mənimlə tanış olmaq istəyəndə bilirəm ki, məni bəyəndikləri üçün bunu etmirlər. Mənim pulum və məşhurluğum var. Qadınlar mənim şan-şöhrətimdən istifadə etmək istəyirlər. Bu səbəbdən insanlara güvənim azdır. Məşhur futbolçuların çoxu tənha həyat sürür".

Qeyd edək ki, Argentina millisinin üzvü 2015-ci ildən "Yuventus"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right