PSJ ondan əl çəkmək istəmir

İtaliyanın "Lazio" klubunun futbolçusu Sergey Milinkoviç PSJ-nin transfer hədəfindədir.

Newsport.az xəbər verir ki, mövsümün sonunda Tiaqo Mottanın komandadan ayrılacağı təqdirdə, klub bu boşluğu gənc yarımmüdafiəçi ilə doldurmağı düşünür. Nəzərinizə çatdıraq ki, paytaxt təmsilçisinin menecerləri serbiyalı futbolçunun oyunu bir neçə dəfə canlı olaraq izləyiblər. Fransa mətbuatında yayılan məlumatlara əsasən, baş məşqçisi Unai Emeri futbolçunu mövsümün sonunda həyətə qatmaqda israrlıdır.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "Lazio"nun formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right