Hamşik Maradonaya çatdı

“Napoli”nin ulduz futbolçusu Marek Hamşik Diego Maradonanın rekordunu yeniləyib.

Newsport.az xəbər verir ki, İtaliya Seria A-nın 18-ci turunda, səfərdə “Torino”nun qonağı olan “Napoli” (1-3) klubunun slovakiyalı yarımmüdaiəçisi Hamşik qarşılaşmanın 30-cu dəqiqəsində fərqlənərək, komandanın forması ilə 115-ci qolunu vurub. Bununla da o, “Napoli”nin əfsanəvi futbolçusu Diego Maradonanın 1991-ci ildən bəri qırılmayan rekorduna ortaq olub.

Xatırladaq ki, 2007-ci ildən bəri “Napoli”də çıxış edən 28 yaşlı oyunçu, komanda ilə iki İtaliya Kuboku və iki İtaliya Super Kuboku qazanıb.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right