İtaliya A Seriyasında 15-ci turun oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Öz meydanında "Sassuolo" ilə qarşılaşan "Palermo" rəqibinə 2:1 hesabı ilə qalib gəlib. "Latsio" klubu isə öz meydanında "Atalanta"nı 3 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, A Seriyasında 15-ci tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
13 dekabr
İtaliya A Seriyası, 15-ci tur
"Palermo" - "Sassuolo" - 2:1
Qollar: Riqoni, 3 (1:0), Pavoletti, 85 (1:1), Belotti, 90+3 (2:1)
Qırmızı vərəqələr: Konsiqli, 66, P.Kannavaro, 90+6 ("Sassuolo")
"Latsio" - "Atalanta" - 3:0
Qollar: Mauri, 51, 71 (2:0), Luliç, 81 (3:0)
14 dekabr
"Yuventus" - "Sampdoriya"
"Genua" - "Roma"
"Parma" - "Kalyari"
"Udineze" - "Verona"
"Çezena" - "Fiorentina"
"Milan" - "Napoli"
15 dekabr
"Empoli" - "Torino"
"Kyevo" - "İnter"