"Arsenal" bu futbolçudan "canını qurtarmaq" istəyir

 Lukaş Podolski yeni mövsüm üçün Arsen Vengerin planlarına daxil deyil.

Newsport.az-ın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, "Arsenal" 13 milyon avro qarşılığında Podolskini istənilən kluba satmağa hazırdır. Klub  2012-ci il də alman futbolçu üçün "Köln"ə məhz bu həcmdə məbləğ ödəmişdi.

 Xəbərdə həçinin "Beşiktaş", "Qalatasaray" və "Borussiya Dortmund"un alman futbolçu ilə ciddi şəkildə maraqlandığı bildirilir.

 Qeyd edək ki, Podolski ötən mövsüm  Premyer Liqada forrma geydiyi 20 görüşdə 8 dəfə topu qapı xəttindən keçirməyi bacarmışdı.  Alman futbolçunun "topçular"la müqaviləsi 2016-cı ildə başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right