KPR-in yeni mövsüm üçün heyətində görmədiyi Adel Taarabt ilə "Beşiktaş" ciddi şəkildə maraqlanır.
Newsport.az-n Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə KPR-in 9 milyon avro qiymət oxuduğu mərakeşli futbolçu üçün "qartal" maksimum 6 milyon avro verə biləcəyəni bəyan edib.
Qeyd edək ki, futbolçu ötən mövsüm "Milan"ın heyətində icarə əsasında forma geymişdi. "Rossenyer"lərin heyətində 16 görüşdə top qovan Taarabt 4 dəfə də qapı torlarını silkələməyi bacarmışdı.