De Rossi:" Mənim üçün onun olmamağı dəqiq yaxşı xəbərdi”

DÇ-2018-ə vəsiqə qazanmaq üçün İtaliya millisi pley-offda İsveçlə qarşılaşacaq.

Newsport.az xəbər verir ki, matçdan əvvəl “skuadra-adzurra”nın kapitanı Daniele De Rossi maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib.

 O, Zlatan İbrahimoviçin milli karyerasını başa vurmasından xüsusilə məmnun olduğunu vurğulayıb: “Fakt budur ki, İbrahimoviçin İsveç millisinin heyətində olmaması istənilən rəqibin şanslarını artıran amildi. Mən hətta 40 yaşında və bir ayağı qırılmış Zlatana qarşı da oynamaq istəmərəm. Mənim üçün onun olmamağı dəqiq yaxşı xəbərdi”.

De Rossi bu sözləri ilə İsveç millisinin digər oyunçularını alçaltmaq istəmədiyini də əlavə edib: “Bu, o demək deyil ki, digər oyunçuları tanımırıq. Əlbəttə onlardan bir neçəsi İtaliyada, digərləri başqa tanınmış klublarda çıxış edirlər və kifayət qədər tanınırlar. Qətiyyən kimsə onları alçaltdığımı düşünməsin. Rəqibi qiymətləndirməmək olmaz”.

Qeyd edək ki, İtaliya- İsveç oyunu 10 noyabr Bakı vaxtı ilə 22:45 də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right