Bir müddətdir zədədən əziyyət çəkən “Bavariya”nın futbolçusu Frank Riberi məşqlərə başlayıb.
Newsport.az-ın məlumatına görə, diz bağlarından zədələnən fransalı yarımmüdafiəçi vaxtından tez sıraya dönüb. Daha əvvəl Riberinin zədəsinin bərpa prosesi 2-3 ay çəkəcəyi bildirilirdi.
Qeyd edək ki, Fransa millisinin üzvü oktyabrın 1-də “Herta” ilə oyunda zədələnmişdi.