"Qarabağ"la "İnter"in heç-heçə oynadığını eşidəndə sevincimizin həddi-hüdudu yox idi".
Bu sözləri Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Sergey Kravçenko "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə vurduğu təmiz qolun sayılmamasına münasibət bildirərkən deyib.
Dnepropetrovski təmsilçisinin üzvü çexiyalı hakimin "Qarabağ"a qarşı haqsız davrandığını bildirib:
"Bəxtimiz gətirdi. Amma sonradan "Qarabağ"ın vurduğu qolu gördüm. Təmiz qol idi! Hakimin onu niyə saymadığını anlamadım. Prinsipicə, bəxtimiz gətirdi".