Eder “İnter”lə müqaviləsini yeniləyib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı forvard Milan təmsilçisi ilə müqaviləsini 2021-ci ilə kimi uzadıb.
Qeyd edək ki, Eder “İnter”ə 2016-cı ilin yanvarında “Sampdoriya”dan transfer olunub. Geridə qalan müddətdə o, meydana çıxdığı 63 oyunda 11 qol vurub.