"Qızıl oğlan" mükafatının sahibi müəyyənləşdi

Cari ilin ən yaxşı gənc futbolçusunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Fransa millisinin üzvü, PSJ-nin hücumçusu Kilian Mbappe digər rəqiblərini qabaqlayıb.

İtaliyanın məşhur "Tuttosport" nəşrinin keçirdiyi sorğuda Mbappe ilə həmyerlisi Osman Dembele ("Barselona") və braziliyalı Qabriel Jezuş ("Mançester Siti") mübarizə aparıblar.

Jurnalistlər arasında keçirilən səsvermədə qalib gələn Mbappe ötən mövsüm "Monako"da meydana çıxdığı 44 matçda 26 qola imza atıb. 18 yaşlı oyunçu sabiq komandasının heyətində Fransa çempionu olmaqla yanaşı, Çempionlar Liqasında yarımfinala qədər irəliləyib. O, yay fasiləsində icarə əsasında PSJ-yə keçib.

Qeyd edək ki, ötən ilin ən yaxşı gənc futbolçusu portuqaliyalı Renato Sançes seçilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right