"İnter"in düşərgəsindən "Qarabağ" üçün şad xəbər

Avropa Liqasının qrup mərhələsinin VI turunda sabah "Qarabağ"la qarşılaşacaq "İnter" klubu Bakıya itki ilə gəlir.

Milan təmsilçisinin müdafiəçisi Nemanya Vidiç paytaxtımıza gətirilməyəcək.

Buna serbiyalı futbolçunun hərarətinin yüksəlməsidir. Həkimlərin məsləhətindən sonra 33 yaşlı futbolçunun adı Bakıya gələcək heyətdən çıxarılıb.

Bu gün saat 18:30-da Bakıda olacaq "İnter" klubu iki saat sonra matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxacaq. Bundan yarım saat öncə isə komandanın baş məşqçisi Roberto Mançini jurnalistlərin suallarını cavablandıracaq.  

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "İnter" oyunu saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right