UEFA tarixinin ən gözəl qolu açıqlandı

UEFA qurumun mövcud olduğu dövrünün ən yaxşı qolunun səsverməsini yekunlaşdırıb.

Newsport.az-ın verdiyi məlumata  görə,qurumun 60 illik yubileyinə həsr olunan müsabiqəyə 60 qol çıxarılıb. Futbol tarixinin ən gözəl qolu bütün dünyada açıq səsvermə yolu ilə seçilib.

Nəticədə Marko Van Bastenin 1988-ci il Avropa çempionatının finalında SSRİ yığmasının qapısına vurduğu qol UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərin ən yaxşısı seçilib.

İlk 10-luğa düşən qolların siyahısı isə belədir:

1. Marko van Basten (Hollandiya komandası) - 1988. Avropa çempionatının finalı. Sovet İttifaqına qarşı matçda;

2. Mauro Bressan ("Fiorentina") -  "Barselona" ilə matçda.  Çempionlar Liqası-1999/00;

3. Zinəddin Zidan ("Real" Madrid) - "Bayer" lə matçda . Çempionlar Liqası-2001/02;

4. Roy Koşta (Portuqaliya) - Avropa çempionatı - 2004. 1/4 final. İngiltərə ilə oyunda;

5. Peter Krouç ("Liverpul") - Çempionlar Liqası-2006/07 . qrup mərhələsində "Qalatasaray" ilə matçda;

6. Kriştiano Ronaldo ("Mançester Yunayted") - 2008/09 Çempionlar Liqasının 1/4  finalında . "Porto" ilə matçda;

7. Dejan Stankoviç ("İnter") - 2010/11 Çempionlar Liqasının 1/4 finalında.  "Şalke" ilə matçda;

8. Radamel Falkao ("Atletiko Madrid") - "Atletik" ilə matçda . Avropa Liqası-2011/12. final;

9. Samuel Umtiti ("Lion") -  "Tottenham" ilə matçda. Avroliqa-2012/13;

10. Zlatan İbrahimoviç (PSJ) -  Çempionlar Liqası.  2013/14 il.  "Anderlecht" ilə matçda.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right