UEFA "Qarabağ"ın rəqibini cəzalandıra bilər

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” cəzalandırıla bilər. 

Newsport.az-ın məlumatına görə, buna səbəb “Roma” azarkeşlərinin “Çelsi” ilə səfər matçında irqçi süarları səsləndirmələridir.

Fanatlar hazırda “Çelsi”də çıxış edən “Roma”nın sabiq futbolçusu Antonio Rudigeri təhqir ediblər. Buna görə də UEFA İtaliya klubuna inzibati iş açıb.  

UEFA-nın Nizam-İntizam Komitəsinin noyabrın 16-da keçiriləcək iclasında məsələyə baxılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right