"Tvente"nin baş məşqçisi Bakıda "Qarabağ"dan çəkinir AÇIQLAMA

Avroliqanın pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan "Tvente"nin çalışdırıcısı Azərbaycan klubu ilə görüşdən də danışıb.
 
Newsport.az saytının məlumatına görə, Enshede təmsilçisinin baş məşqçisi Alfred Şroyder bu gün Hollandiya çempionatının 2-ci turunda qarşılaşacaqları "Ado Den Haaq” oyunundan öncə keçirilən mətbuat konfransında onları Bakıda "Qarabağ"a qarşı çətin oyun gözlədiyini bildirib:
 
“Bu gün çempionat oyununda bizi çətin oyun gözləyir. İlk turda xal itirmişik. Amma nəzərə alın ki, bizim Avroliqa matçımız da var. Qarşıda "Qarabağ" kimi rəqib bizi gözləyir. Bakıdakı oyun çox çətin olacaq. İnanırıq ki, bu sınaqlardan üzüağ çıxacağıq. Heyətdə zədəli futbolçularımız da var. Onları da oyunlara kimi hazırlamalıyıq”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right