Albaniya çempionatında 6-cı turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, millimizin sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi “Kukesi” öz meydanında "Teutra” ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ötən tur qol hesabını açan Rauf bu oyunda da fərlənib. O, 90+4-cü dəqiqədə matçın sonuncu qolunu vurub.
Qeyd edək ki, Rauf Əliyev “Kukesi”yə bu yay “İnter”dən keçib.