“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” İtaliya A seriyasının 8-ci turunda evdə “Napoli”yə 0:1 hesabıyla uduzdu.
Newsport.az xəbər verir ki, matçdan sonra “canavarlar”ın baş məşqçisi Eusebio Di Françesko yerli mətbuata açıqlama verib:
“Məncə, birinci hissədə “Napoli” bizdən yaxşı çıxış etdi, lakin fasilədən sonra biz daha yaxşı təsir bağışladıq. Təəssüf ki, bu üstünlüyü hesabda əks etdirə bilmədik. İkinci hissədə “Napoli”nin heç bir üstünlüyü yox idi. Bizdə yalnız qol çatışmadı.
Əldə etdiyimiz fürsətlərdən yararlanmağımıza bəxtsizlik mane oldu. Məhz bu amil matçda həlledici rol oynadı. Şübhəsiz, bəxtimiz gətirmir, son ev oyunlarımızda 6 dəfə dirəyi nişan almışıq”.