Türkiyə futbolunda daha bir biabırçılıq yaşanıb.
Newsport.az-ın məlumatına görə, bu ölkənin III dəstəsində keçiriliən "Van B.B" - "Berqama Bələdiyyəspor" oyununda qonaq komandanın futbolçusunun əskər salamı aləmi qarışdırıb bir-birinə. İş ondadır ki, sona 6 dəqiqə qalmış qonaqlardan Gökhan Çetinus geridə olduqları oyunda bərabərlik qolunu vurub. Daha sonra isə əskər salamı verib. Bu isə kürdlərin yaşadığı yerli vanlıları razı salmayıb. Nəticədə meydan sahiblərinin futbolçuları və məşqçi heyəti, hətta azarkeşlər belə türk futbolçuya hücum ediblər. Azarkeşlər isə tribunalardan "Biji Serok Apo" (Yaşasın öndərimiz Apo) və "Bura Kürdüstandır, burdan çıxış yox" şüarları səsləndirməyə başlayıblar. Polisin müdaxiləsindən sonra olayı yatırtmaq mümkün olub.