"İnter"in Bakıya gələcəyi tarix bəlli oldu

Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la qarşılaşacaq "İnter"in Bakıya gələcəyi tarix müəyyənləşib.

Milan təmsilçisi paytaxtımıza dekabrın 10-da gələcək.

"İnter" elə həmin gün axşam matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Bundan öncə isə "İnter"in baş məşqçisi Roberto Mançini jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "İnter" oyunu saat 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right