La Liqada italyan baş məşqçi

İspaniyanın “Alaves” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisini italiyalı Canni De Byazi çalışdıracaq. 61 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə bağlanılacaq.

İtalyan çalışdırıcı bu postda bir neçə gün öncə istefaya göndərilən Luis Subeldiyanı əvəzləyəcək. “Alaves” çempionatda keçirdiyi 5 oyunun hamısında məğlub olub və 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, De Byazinin son iş yeri Albaniya milli komandası olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right