İtaliya A Seriasında mübarizə aparan “Milan”ın futbolçusu Andrea Konti zədələnib.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi 6 ay yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, “qırmızı-qaralalılar” italyan oyunçunu transfer dönəmində “Atalanta” klubundan 25 milyon avro qarşılığında rənglərinə bağlayıb.