“Beşiktaş”ın yeni forvardı

İştirak etdiyi bütün turnirlərdə uğur qazanmaq istəyən “Beşiktaş” transfer çalışmalarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, “qara qartallar” “Orlando Siti”də mübarizə aparan Kayl Larin ilə razılığa gəlib.

İlin sonunda klubu ilə müqaviləsi başa çatan 22 yaşlı hücumçunu İstanbul təmsilçisi yanvar ayında heç bir transfer məbləği ödəmədən rənglərinə bağlaycaq Kanadalı oyunçuyla 4.5 illik müqavilə imzalanacağı bildirilir.

Qeyd edilir ki, Larinin "Beşiktaş"dakı maaşı 600 min avroya bərabər olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right