“Yuventus” müdafiəçisi ilə yeni müqavilə imzalayır

İtaliya A Seriasında mübarizə aparan “Yuventus” müdafiəçisi Aleks Sandro ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, futbolçuyla sazişin müddəti 2022-ci ilə qədər uzadılacaq.

Həmçinin, futbolçunun maaşının da artırılacağı bildirilir. Belə ki, hal-hazırda Turin təmsilçisində 2,8 milyon avro qazanan braziliyalı oyunçu yeni sözləşməyə əsasən, 5 milyon avro məbləğində maaş alacaq.

Xatırladaq ki, 2015-ci ildə “Portu”dan 26 milyon avro qarşılığında “Yuventus”a transfer olan Sandronun hal-hazırda klubla 2020-ci ilə qədər müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right