Əmrə "Yuventus"a keçir

 “Yuventus” “Liverpul”un və Almaniya millisinin türk əsilli futbolçusu Əmrə Canı heyətə cəlb edəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

Turinlilər Əmrə ilə 5 illik müqavilə imzalayacaq. Ancaq apenninlilər onu 2018-ci ilin yayında transfer edəcək. Əslində, “Yuventus” Əmrəni bu yay almaq niyyətində idi. Amma “Liverpul”la razılıq əldə etmək mümkün olmadı. 23 yaşlı futbolçunun “qırmızılar”la qüvvədə olan müqaviləsi gələn ilin yayında başa çatır. “Yuventus” məhz bu məqamdan yararlanmaq istəyir.

Qeyd edək ki, Əmrə 2014-cü ildən “Liverpul”un şərəfini qoruyur.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right