"Suonsi Siti"nin hücumçusu Fernando Llorente komandadan ayrılıb.
Newsport.az saytının məlumatına görə, ispaniyalı hücumçu"Tottenhem" ilə 2 illik müqavilə bağlayıb. London klubu 32 yaşlı futbolçu üçün 13 milyon avrosundan keçib.
Xatırladaq ki, Llorente karyerası ərzində “Yuventus”, “Sevilya”, “Atletik” kimi klubların şərəfini qoruyub.