"Qarabağ"ın sabiq futbolçusu İtaliya klubuna 2 milyon avroya

“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros karyerasını İtaliya A seriyasında davam etdirəcək.

Newsport.az saytının məlumatına görə, daha öncə "Palermo" ilə razılaşan və tibbi müayinədən keçən forvard son anda sicilya klubuna keçməkdən imtina edib. B Seriyasında mübarizə aparan "Palermo"ya transfer olmaqdan imtina edən hücumçu A Seriyasında çıxış edən “Benevento” ilə müqavilə bağlayıb. İsveç millisinin üzvü yeni komandası ilə 2020-ci ilə qədər müqavilə imzalayıb. Bu keçid  “Benevento”ya 2 milyon avroya başa gəlib.

Xatırladaq ki, Armenteros 2015-16 mövsümündə “Qarabağ”ın şərəfini qoruyub. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qola imza atmışdı. “Qarabağ”dan ayrıldıqdan sonra Hollandiya Erediviziya təmsilçisi “Herakles”lə anlaşan Armenteros, ötən mövsümdə meydana çıxdığı 33 oyunda 22 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right